Kremlin nümayəndəsi Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ Ukraynada 9 May atəşkəsi ilə bağlı iki gün danışıqlar aparıb.
Sherg.az xəbər verir ki, Uşakovun sözlərinə görə, Moskva Donald Trampın Kiyevi atəşkəsə əməl etməyə məcbur edəcəyinə ümid edir.
Uşakov həmçinin qeyd edib ki, Rusiya və Ukrayna arasında “1000-ə 1000” əsir mübadiləsi siyahılar razılaşdırılarsa, qısa müddətdə baş tuta bilər. O əlavə edib ki, Ukrayna üzrə üçtərəfli danışıqlarda hazırda fasilə var, lakin gələcəkdə yenidən bərpa oluna bilər.