Rusiya Ukrayna nizamlanması məsələsində yalnız ABŞ ilə əməkdaşlıq edir.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Bilirsiniz ki, ukraynalılar indi İstanbul danışıqlarının raundlarını davam etdirmək istəmirlər, təmaslar isə yalnız Vaşinqton və Moskva arasındadır", - o, jurnalistlərə bildirib.
Uşakov həmçinin vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin dekabrın 2-də ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşnerlə görüşü zamanı Ukraynanın NATO-ya üzvlüyü məsələsi qaldırılıb.
"Bu, əsas suallardan biridir və müzakirə olunub", - Rusiya Prezidentinin köməkçisi qeyd edib.