Vaşinqton Pekinin ideallığını bölüşməyəcək
Yusif Nəzərli
00:45 17.11.2022
Dünya
489
ABŞ Çinə qarşı texnoloji sanksiyaları sərtləşdirir
“Böyük iyirmilərin” İndoneziyadakı zirvə toplantısında ümumi müzakirələrlə yanaşı ikitərəfli görüşlər də keçirildi, fikir mübadilələri aparıldı. ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Sinpin arasında da görüş oldu". Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, liderlər iki ölkə arasındakı gərginliyin azaldılması yollarını araşdırıblar:
"İki ölkə arasında fikir ixtilafı yaradan mövzuların başında Tayvan ətrafındakı vəziyyət dayanır. Bu məsələdə hələ ki, irəliləyiş yoxdur. ABŞ Çinin texnoloji imkanlarını məhdudlaşdırmağa çalışarkən Pekin yeni qlobal strategiyasını elan edib: “Bəşəriyyətin müsbət inkişafını təmin etmək məqsədilə ümumi texnoloji məkan formalaşdıracağıq”. Pekin bununla texnoloji sahədə sərt rəqabətin əleyhinə olduğunu nümayiş etdirib. Pekinin məntiqinə görə, texnoloji sahədə mübarizə aparılmamalı, nailiyyətlər bölüşülməlidir. Vaşinqton Pekinin ideallığını bölüşməyəcək. Çünki Vaşinqtonda düşünürlər ki, Rusiya və Çin müasir texnologiyalardan ordularını gücləndirmək və nüfuzlarını artırmaq məqsədilə istifadə edirlər. Belə olan halda ABŞ texnoloji kəşflərini Rusiya və Çinlə bölüşərmi? Rusiyanın özü də Pekinin təklifinə qoşulmaz. Çünki Rusiya da texnoloji kəşfrlərini Qərb ölkələri ilə bölüşmək istəmir".
Ekspertə görə, Pekinin mövqeyi belədir ki, internet əsrində dövlətlərin bir-birindən asılılıqlar artıb:
"Pekin bəşəriyyətin texnologiyaların inkişafı üçün birgə məsuliyyət daşıdığı qənaətindədir. Pekinin səylərinə baxmayaraq, ABŞ Çinə qarşı məhz texnoloji sanksiyaları sərtləşdirir. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, Pekin ABŞ-dan əldə etdiyi texnologiyaları ordusunun və hərbi sənayesinin modernləşdirilməsi üçün istifadə edir. Bu isə ABŞ-ın və onun Asiyadakı müttəfiqlərinin – Yaponiyanın, Hindistanın və Avstraliyanın maraqlarına ziddir. İkincisi, Çin xəfiyyələri illərdir ki, ABŞ-dan texnologiyaları oğurlayırlar.
Avropa İttifaqı da ABŞ-ın bu siyasəti ilə razıdır. “Reuters” agentliyinin məlumatına görə, rəsmi Berlin Çinin Almaniyada çip istehsalının qarşısını almağı planlaşdırır. Məlumdur ki, Çin Almaniyada bir neçə texnoloji şirkətlərin səhmlərini almaq istəyir. Bu vəziyyət Çinə problemlər yaradır. Çində çip istehsalının həcmi azalır. Bunun də səbəbi Çinin yeni texnoloji nailiyyətlərdən istifadə edə bilməməsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm