Venesuelada baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində xilasetmə işləri davam edir.
Sherg.az xəbər verir ki, yerli "Globovision" telekanalının jurnalisti İvan Barreto TASS-a bildirib ki, son məlumata görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 1430 nəfərə çatıb. Lakin dağıntılar altında qalanların çoxluğu səbəbindən bu rəqəmin on minlərlə ola biləcəyi istisna edilmir.
Onun sözlərinə görə, xilasedicilər hazırda uçmuş çoxmərtəbəli binaların dağıntıları altında axtarış-xilasetmə əməliyyatları aparırlar. Ən ağır vəziyyət isə La-Quayra ştatında müşahidə olunur.
Barreto bildirib ki, bölgədə çoxlu sayda bina dağılıb və axtarış işləri davam etdikcə qurbanların sayının xeyli artacağı gözlənilir.