Virtual sevgili tapdı və zəngin oldu!
Virtual sevgili tapdı və zəngin oldu!
09:34 17.05.2024
Dünya
482
10 dəqiqəyə min dollar qazanır, əri "problem yoxdur" dedi
Özünə “virtual” (canlı olmayan) sevgi tapan xanım 10 dəqiqədə min dollar pul qazanır. Təəccüblü burasıdır ki, xanımın həyat yoldaşı buna etiraz etmir, əksinə, xanımını dəstəkləyir. Hər necə olsa da, xanım 10 dəqiqə ərzində min dollar qazanır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Avstraliyanın Queensland əyalətində yaşayan və diş həkimi olan Sharna Beckman bir neçə dəqiqə içində varlanıb. S.Beckman bir neçə il öncə ailə həyatı qurub. Ailənin orta səviyyəli yaşam tərzi olub. Lakin hər şey dəqiqələr içində dəyişib və Sharna milyonlar qazanmağa başlayıb. Bu, qadının özünə virtual – xəyali sevgili tapdıqdan sonra baş verib. Virtual sevgili sayəsində Sharna dünya turuna çıxır, hətta real həyat yoldaşını da özüylə aparır. Əvvəlcə bu durumdan narazı qalan həyat yoldaşı Riki az sonra xanımının “virtual sevgili” macərasıyla barışıb. Sharmanın on minlərlə instagram təqibçisi var. Fotolarını instagrama yerləşdirən kimi dəqiqələr içində qazanc əldə edir. 10 dəqiqədə min dollar qazanır. Sharma həyat yoldaşının ona dəstək verdiyini deyib: “Əvvəlcə o, mənim başqa kişilərlə söhbət etməyimdın rahatsız olurdu. Mübahisə edirdik. Sonra mənə etibar etməyə başladı. Çünki mən o “sevgililərlə” real həyatda görüşmürdüm. Ancaq virtual aləmdə danışırdım. Onlar mənimlə real həyatda görüşmək istədiklərini bildirəndə, etiraz edirəm və rədd cavabı verirəm. Yalnız telefon vasitəsilə danışacağımı deyirəm”. Sharna ailəsinə dəyər verdiyini və həyat yoldaşı ilə münasibətlərini həmişəki kimi davam etdirdiyini də deyib: “Həyat yoldaşımla vaxt keçirməyi gözardı etmirəm. Ona çox vaxt ayırıram, birlikdə dünyanı gəzirik. Dünyanı gəzərkən virtual sevgililərlə də əlaqə saxlayıram. Onlar mənə hörmətlə yanaşır”. Sharnanın həyat yoldaşı Riki isə bu durumu “bir-birimizlə yanaşı olduğumuz müddətdə heç bir problem yoxdur. Sharna onlarla ünsiyyət saxlaya bilər. Həm bir dost, həm də tərəf-müqabili kimi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya