X sosial şəbəkəsi çökdü

X sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

Axar.az xəbər verir ki, çoxsaylı istifadəçilər ana səhifənin və girişdən sonra lentin yenilənmədiyini bildirir.

Problem həm mobil tətbiqdə, həm də personal versiyalarda müşahidə olunur.

Nasazlığın qlobal və ya regional olub-olmadığı məlum deyil.

Platformadan rəsmi açıqlama verilməyib.