Xərçəng xəstəsi olan şahzadə: Ket Middltonun vəziyyəti ağırdır
10:41 06.06.2024
Dünya
429
Bir müddətdir xərçəng xəstəliyindən müalicə olunan Böyük Britaniya çahzadəsi Ket Middltonun vəziyyətinin yaxşı olmadığı iddia edilir. Onun ənənəvi “Trooping the Colour” mərasiminə qatılıb-qatılmayacağı da bilinmir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, hazırda İngiltərə əhalisini şahzadənin sağlıq durumu düşündürür. Ket Middlton xərçəng xəstəsi olduğunu və müalicə aldığını özü açıqlamışdı. Şahzadənin xəstəliyi haqqında məlumatlar Böyük Britaniya kraliçası II Yelizavetanın vəfatının ardından məlum olub. Eyni zamanda İngiltərənin hazırkı kralı Çarlz da xərçəng xəstəsidir. Xəstəliyi barədə videomesaj paylaşan şahzadə müalicə barədə də Britaniya vətəndaşlarını məlumatlandıraraq “əməliyyat olunduqdan sonra xərçəng xəstəliyi aşkarlandı. Həkimlər mənə qabaqlayıcı kimyaterapiya kursu keçməyi məsləhət gördülər və indi müalicənin ilk mərhələsindəyəm”, söyləmişdi. İndi isə şahzadənin səhhəti barədə şayiələr yayılmağa başlayıb. Onun səhhətinin yaxşı olmadığı deyilir. Kral ailəsini yaxından təqib edən Ledi Colin Campbell şahzadənin səhhətiylə bağlı həyəcanlı xəbərlər verib. Campbell “Ket ağır xəstədir”, söyləyib. Campbell əlavə edib ki, müalicə kursu çox yorucudur: “Şahzadə sağalmaq üçün dincəlməlidir. İşləri bir kənara qoymalıdır. Xəstəlik ona aktiv olmağa imkan vermir”. Cambell şahzadənin ənənəvi “Trooping the Colour” mərasimi zamanı təntənəli keçidi salamlamaq üçün eyvanda şahzadə Uilyam və övladlarıyla bir yerdə ola biləcəyinə şübhə etdiyini də deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat