Yaponiyanın hakim Liberal Demokrat Partiyasına rəhbərlik edən Baş nazir Sanae Takaiçi parlamentin aşağı palatasına keçiriləcək növbədənkənar seçkiqabağı təşviqat zamanı əlini zədələyib və hazırda müalicə olunur.
Oxu.Az bu barədə NHK telekanalına istinadən xəbər verir.
Qeyd olunub ki, zədə səbəbindən Takaiçi partiya liderlərinin televiziya debatlarında iştirak edə bilməyəcək. Onu proqramda partiyanın Siyasi Şurasının rəhbərlərindən biri əvəz edir.
Xatırladaq ki, Yaponiya parlamentinin aşağı palatasına növbədənkənar seçki fevralın 8-də keçiriləcək.