Yerin altından uğultulu səslər eşidilir: Zəlzələ xəbərdarlığı?
08:55 15.05.2024
Dünya
474
Türkiyənin Bingöl bölgəsində yerin altından uğultulu səslər eşidilir. Belə bir durum yerli sakinlərin narahatlığına, həyəcanına səbəb olub. Sakinlər eşidilən uğultunun zəlzələ xəbərçisi olacağından qorxurlar.
“Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, Bingöldə yerin altından səslər eşidilməsi sosial mediada da gündəm olub. Səsləri qeydə alan izləyicilər sosial mediada paylaşım edərək bu durumun zəlzələ xəbərdarlığı olduğuna hər kəsi inandırmağa çalışırlar. Sosial mediada bu videolar “Böyük zəlzələnin xəbərçisi” başlığı ilə paylaşılıb. Məsələ ilə bağlı Türkiyədə seysmik problemlər üzrə tanınan professor Naci Görür açıqlama verib. Professor eşidilən səslərin yerin dərinliklərində qayaların parçalanmasına və ya sürtünməsinə işarə etmədiyini bildirib: “Təxmin etdiyim qədər, bu səslər qayaların parçalanmasını əks etdirmir. Səslərin gəldiyi ərazi Bingölün Solhan əyalətinin Yenidal Köyü düzənliyindədir. Bu səslərin nədən qaynaqlandığını uzaq məsafədən müəyyənləşdirmək çətindir. Amma ehtimal olunur ki, bu səslər yerin altındakı qazların səsidir. Xüsusilə zəlzələ bölgələri, seysmik aktivlik yüksək olan ərazilər, məlumdur ki, yerin altında təbii qaz və radon qazı kimi təbii ehtiyatlarla zəngin olur. Bu səslər də qazların çıxışı səsinə oxşayır”. Yerli sakinlərin müraciəti nəzərə alınaraq Türkiyənin Fəvqəladə hallar və təbii fəlakətlər üzrə məsul qurumu bölgədə tədqiqat aparıb. Tədqiqat zamanı bölgədə zəhərli qaz ehtiyatı aşkarlanmayıb. Durumun daha dəqiq araşdırılması üçün tədqiqat qrupu çalışmanı davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya