Yunanıstan Baş naziri Zelenskiyə xəbərdarlıq etdi

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ölkənin ərazi sularında tapılan Ukraynaya məxsus PUA ilə əlaqədar Prezizdent Volodimir Zelenskiyə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, Yunanıstan hökumətinin başçısı Ukrayna liderinə hərbi əməliyyatların döyüş bölgəsindən kənara yayılmasına yol verilməməsinə çağırıb.

Kiriakos Mitsotakis Brüsseldə keçirilən Avropa İttifaqı sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşərək, həmin insidenti müzakirə edib.