Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Niderlandda sovet əsgərlərinin məzarlarının təhqir olunmasına münasibət bildirib.
Sherg.az xəbər verir ki, Zaxarova bu hadisənin tarixi yaddaşa qarşı aparılan siyasətin nəticəsi olduğunu iddia edərək, Rusiyanın bunu nə unudacağını, nə də susqun qalacağını bəyan edib.
Bundan əvvəl Niderlandın Lesden şəhəri yaxınlığındakı "Sovet Şöhrət Sahəsi" memorial kompleksində təxminən 150 sovet əsgərinin məzar daşının vandallar tərəfindən təhqir edildiyi bildirilmişdi. Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.
Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius da hadisəni qətiyyətlə pisləyərək, bunu tamamilə yolverilməz adlandırıb.