Zaxarova: Rusiya Böyük Britaniyanın sanksiyalarına qarşı cavab verə bilər

"Rusiya Böyük Britaniyanın Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi və bu idarə ilə əlaqəli olduğu iddia edilən 11 şəxsə qarşı qeyri-qanuni sanksiyalarını tanımır".

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

"Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasından yayınaraq, qondarma bəhanələrlə tətbiq edilən qeyri-qanuni sanksiyaları tanımır və cavab tədbirləri görmək hüququnu özündə saxlayır", - diplomat bildirib.