Zaxarova tələb etdi: İrəvan ölənlərin siyahısını versin!
18:21 07.06.2024
Dünya
467
Rusiya ümid edir ki, erməni parlamentarilər Rusiya ordusunun Ukraynanın Buça şəhərində keçirdiyi əməliyyatlar nəticəsində həlak olanların siyahısını Moskvaya təqdim edəcəklər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova bugünkü brifinqdə Ermənistan nümayəndə heyətinin Kiyev vilayətinin Buça şəhərinə səfəri ilə bağlı məlumatı şərh edərkən bildirib.
“Təbii ki, Ermənistan parlament nümayəndə heyətinin əlində Kiyev rejiminin Rusiya ordusuna aid etdiyi qurbanların siyahısı var və həmin şəxslərin guya Rusiya tərəfindən öldürüldüyünü iddia edir. Biz həqiqətən ümid edirik ki, Ermənistan tərəfi siyahını Rusiya tərəfi ilə bölüşəcək. İki ildir ki, bu məlumatları təşkilatlara, o cümlədən BMT-yə təqdim edə bilmirlər”, - deyə o bildirib.
Xatırladaq ki, ötən gün Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Buçaya səfər ediblər.
Ermənistan rəsmiləri 509-cu memorial kompleksində qurbanların, həlak olmuş dinc sakinlərin xatirəsini yad ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat