Sabah bu gün eşidəcəyimiz şeylərdən asılıdır.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sabah atəşkəsin taleyi ilə bağlı son açıqlamasında deyib.
Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın əvvəlki hava hücumlarına cavab verib: “Dünən biz Rusiya Federasiyasının hava hücumlarına cavab verdik”.
O vurğulayıb ki, gələcək addımlar qarşı tərəfin davranışından asılı olacaq.
“Biz tamamilə “güzgü prinsipi” ilə hərəkət edəcəyik”, - Ukrayna lideri əlavə edib.
Qeyd edək ki, Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib.