Zelenski: ABŞ və Ukrayna arasında yeni görüş yaxın günlərdə keçirilə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ və Ukrayna arasında yeni görüş yaxın günlərdə keçirilə bilər.

APA xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

“Amerikalı tərəfdaşlar dünən Avropanın reaksiyasını da aldılar. İndi bütün bu reaksiyalardan sonra mən düşünürəm ki, amerikalı tərəf Rusiya tərəfi ilə əlaqə saxlayacaq və bundan sonra ABŞ-də Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş keçiriləcək. Mən hesab edirəm ki, bu, yaxın günlərdə, bəlkə həftə sonu, bəlkə bir az sonra ola bilər”, — prezident qeyd edib.