Fevralın 18-də Cenevrədə Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə müharibəyə son qoymaq üçün danışıqlar başa çatdı. Bu günə qədər aparılan görüşlərin ciddi nəticələrinin olduğunu demək olmaz.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski video çıxışında bildirib. O, hərbi görüşün ciddi və mənalı olduğunu söyləyib.
"Mümkün kompromislər və liderlərin zəruri görüşü məsələləri hələlik kifayət qədər araşdırılmayıb. Növbəti görüşü gözləyirik və onu fevral ayında keçirmək məqsədəuyğun olardı. Danışıqlarda avropalıların - Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İsveçrənin ev sahibi kimi iştirak etməsi vacibdir. Avropa danışıqlarda tərəf olmalıdır. Bizə əsir mübadiləsi və mülki şəxslərin azad edilməsi lazımdır. Biz hər bir şəxs haqqında məlumat axtarırıq və həmişə öz vətəndaşlarımızı geri qaytarmaq üçün çalışırıq. Hər bir mübadilə vacibdir" - Zelenski bildirib.