Zelenski əhaliyə çağırış etdi: Ayıq-sayıq olun!

Rusiya yaxın vaxtlarda Ukraynaya yeni kütləvi hücumlara başlaya bilər.

Axar.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna lideri Vladimir Zelenski axşam çıxışında bildirib.

"Kəşfiyyat məlumatları var. Rusiyalılar yeni kütləvi hücuma hazırlaşırlar. Hava hücumundan müdafiə və raketləri zəiflətmək üçün dronlar… Onlar soyuqdan istifadə etmək istəyirlər", - Zelenski vurğulayıb.

Zelenski qeyd edib ki, düşmənin yeni hücumu yaxın vaxtlarda baş verə bilər, o, ukraynalıları ayıq-sayıq olmağa çağırıb.

Xatırladaq ki, Rusiyanın Silahlı Qüvvələri son vaxtlar şiddətli soyuq hava şəraitində Ukraynanın enerji obyektlərini hədəfə alır.