Zelenski hakimiyyətdə nə qədər qalsa, Ukrayna bir o qədər kiçik olacaq - Dmitri Medvedev

“Volodimir Zelenski hakimiyyəti qoruyub saxlamaq barədə əbəs yerə narahat olur, çünki o, ABŞ üçün “faydalı idiot” rolunu oynayır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Hakimiyyətdə qalma müddəti nə qədər uzansa, Ukrayna bir o qədər kiçik olacaq”, - sədr müavini əlavə edib.