Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması Moskva üçün böyük maliyyə qazancı gətirəcək və bu vəsait silahlanmaya yönələcək.
Sherg.az xəbər verir ki, o, ABŞ-nin Ukraynaya göndərdiyi silahların İrana yönəldilməsi ehtimalından narahat olduğunu da vurğulayıb. Mart ayında ABŞ bəzi rus nefti tədarüklərini müvəqqəti sanksiyalardan çıxarıb, amma yeni tədarüklər hələ də məhdudlaşdırılır.