Zelenski: “Təslim olmayacağıq!”

Vladimir Zelenski bildirib ki, Ukrayna sülh naminə “sadəcə təslim ola” bilməz və yalnız “ədalətli sülh” variantını qəbul edir. Onun sözlərinə görə, cəmiyyət müharibədən yorulsa da, ölkə kapitulyasiyaya getməyəcək. Sherg.az xəbər verir ki, döyüşlərin dayandırılması üçün Kiyev Qərb müttəfiqlərindən təhlükəsizlik zəmanətləri tələb edir.

Məlumata görə, ABŞ İsveçrədə keçiriləcək danışıqlar ərəfəsində Ukraynaya ərazi güzəştləri ilə bağlı təzyiqi artırıb. "The New York Times" və "The Atlantic" nəşrləri yazır ki, mümkün razılaşmalar çərçivəsində Donbas üzərində nəzarət məsələsi müzakirə olunur.