Ukrayna Prezidenti Volodimir Zelenski xalqa Yeni il müraciətində istefasını elan edə bilər.
Teleqraf xəbər verir ki, bunu hüquqşünas Vasil Vakarov deyib.
“Bir proqnoz eşitmişəm ki, Zelenski Ukrayna xalqına Yeni il müraciətində öz istefasını açıqlayacaq. Bu barədə siyasi strateq Petrov bildirib. O, Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakla işləyib”, - o iddia edib.
Qeyd edək ki, Vasil Vakarov ukraynalı hüquqşünas, politoloq və ictimai xadimdir. Hazırda o, Kremlin təbliğatçısıdır.