“Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımın qaytarılması məsələsi ilə bağlı son açıqlaması ərazilərin mümkün mübadiləsi niyyətini göstərə bilər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin müavini Svetlana Jurova deyib.
Zelenski bundan əvvəl ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Krımın qaytarılması məsələsinin Kiyev üçün vacib olduğunu, amma hazırda gündəmdə olmadığını qeyd edib. Jurovanın sözlərinə görə, Ukrayna Donbas müqabilində Krım məsələsini müzakirə etməyə cəhd edə bilər, amma belə bir variant Rusiya üçün qəbuledilməzdir.
Jurova iddia edib ki, Donbass və Krım (Ukraynanın işğal edilmiş bölgələri – red.) Rusiya Konstitusiyasına əsasən “ölkənin ərazisi” hesab olunur.