Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
05:55 13.09.2025
Gündəm
421
"Azərbaycan tarixi" dərsliklərində terminlər, rəqəmlər o qədər çoxdur ki, 10-11 yaşlı uşaqların bunu qavraması qeyri-mümkündür"
Elm və təhsil naziri Emin Əmrullayev media brifinqində "Azərbaycan tarixi" dərsliklərində olan problemlərə diqqət çəkib. Onun sözlərinə görə, bu kitabların dili uşaqların yaş xüsusiyyətlərinə uyğun deyil. Nazir deyib ki, 10-11 yaşlı uşaqdan 16 yaşına qədər uşaqların anlaşıqlı, ardıcıl milli hekayəyə ehtiyacı var ki, onu hamıya danışa bilsinlər: "Bizim tarix kitablarımızın böyük əksəriyyəti tarixi faktların ardıcıl olaraq sıralanmasıdır. Düşünürəm ki, bu, dəyişməlidir".
Tarix dərslikləri ilə bağlı iradları Sherg.az-a təhlil edən tarixçi-alim Boran Əzizli nazirin bu məsələdə haqlı olduğunu deyib. Alim əvvəlcə qeyd edib ki, son illər Azərbaycan tarixi və onun bir sıra taleyüklü məsələlərinə həm xaricdə, həm də daxildə diqqət artıb:
"Xarici ölkələrdə daha çox Azərbaycan tarixi problemlerini yenidən xarici ölkələrin mənafeyinə və siyasətinə uyğun yazılmasına cəhd göstərirlər. Eyni zamanda müstəqillik illərindən sonra istər çar, istərsə də bolşevik-sovet Rusiyası dövründə, o rejimlərin Azərbaycanda törətdiyi vəhşiliklərin, amansızlıqların ciddi şəkildə tənqid edilməsi, tarixi faktların olduğu kimi təqdim olunması müəyyən dairələrdə ciddi surətdə təşviş yaradıb. Azərbaycan daxilində də tariximizin bir sıra problemlərinə, mövzulara yenidən diqqət yetirilməsi ilə bağlı təkliflər səsləndirilir. Düşünürəm ki, bu təkliflər tamamilə doğrudur. Kiçik yaşlı uşaqların təhsil aldığı orta məktəblərdə şagirdlərin tədrisi üçün hazırlanmış "Azərbaycan tarixi" dərsliklərində terminlər, rəqəmlər o qədər çoxdur ki, 10-11 yaşlı uşaqların bunu qavraması qeyri-mümkündür".
B.Əzizli əlavə edib ki, məhz bu cür problemlərə görə, orta məktəb şagirdlərinə 11-ci sinifdə yenidən həmin fənnin izahına, tədrisinə ciddi ehtiyac yaranır:
"Təhsil naziri onda da haqlıdır ki, dərsliklərdə sadəcə xronoloji olaraq tarixi faktlar sadalanır. Halbuki, tarixi mövzuların daha sadə, anlaşıqlı, şagirdin yaş səviyyəsinə uyğun formada, səbəb və nəticə əlaqələrindən istifadə etməklə yenidən yazılması çox vacib və mühümdür. Məsələn, ibtidai icma quruluşundan danışarkən daha sadə və anlaşıqlı formada yazılar hazırlamaq, dünya tarixinin bir hissəsi olduğumuzu vurğulayaraq, insanlıq tarixinin təkamülünə həsr olunan mövzular vermək lazımdır. Azərbaycanda insanlıq tarixinin təkamülünü özündə əks etdirən çoxlu maddi-mədəniyyət nümunələri var. Elm adamları, təhsil işçiləri "tarix dərslikləri yenidən yazılmalıdır" fikrində haqlıdırlar. Amma yeni tarix dərslikləri "marksist-leninçi" metodologiyadan uzaq, dünya tarixçiliyinin vahidliyi prinsipinə uyğun şəkildə hazırlanmalıdır. Şagirdlərdə vətənpərvərlik hissi elmi faktlarla möhkəmləndirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region