Gürcüstanda Zəlimxan Yaqubun xatirəsi əbədiləşdirilə bilər
14:33 13.01.2020
Ədəbiyyat
935
Gürcüstanda Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müraciət hazırlanıb. Report xəbər verir ki, müraciət müəllifləri Z.Yaqubun anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində şairin adını daşıyan Poeziya evinin inşa olunmasını təklif edirlər.
Kəpənəkçi kənd sakinlərinin imzaladığı müraciətdə Poeziya evi üçün torpaq sahəsinin ayrılması xahiş olunur.
Müraciətin müəlliflərindən biri Ramiz Bəkirov bildirib ki, sənəd Gürcüstan parlamentinin sədri Arçil Talakvadze və Bolnisi rayonundan olan majoritar deputat Qoqita Meşvelianiyə ünvanlanıb.
Onun sözlərinə görə, müraciət digər aidiyyəti dövlət qurumlarına da təqdim olunacaq: “Zəlimxan Yaqub söz adamı və ictimai xadim kimi Azərbaycan və Gürcüstan arasında ədəbi, mədəni əlaqələr və dostluq münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətləri olan şəxsiyyətdir. İnanıram ki, dövlət qurumları Gürcüstanda onun adını daşıyacaq Poeziya evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciətə baxaraq müsbət qərar qəbul edəcəklər.”.
Qeyd edək ki, yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm