“Həyatın anlamı və ruhun gizemi” - Hər kitab bir bayramdır!
Yusif Nəzərli
21:17 09.03.2025
Ədəbiyyat
572
RUSTAVİDƏ SAVALAN OSMANLININ KİTABININ TƏQDİMATI KEÇİRİLİB
Fevralın 9-da Rustavi Təhsil və Mədəniyyət Mərkəzində pedaqoq-yazar Savalan Osmanlınn Türkiyənin “Yenirəng Yayıncılıq” nəşriyyatında çapdan çıxmış “Həyatın anlamı və ruhun gizemi (sirri)” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Raidə Dərziyeva qonaqları salamladıqdan sonra müəllifi təbrik etmiş, ona yeni yaradıcılıq uğurları diləmişdir.
Raidə Dərziyeva öz çıxışında, həmçinin Savalan Osmanlının insani keyfiyyətlərindən bəhs etmiş, bu keyfiyyətlərin onun yaradıcılığına da yansıdığını xüsusi qeyd etmişdir.
Sonra tədbirin aparıcısı şair-rublisist Rafiq Hümmət Türkiyə türkcəsində nəfis tərtibatla çap olunmuş kitab barədə geniş məruzə etmiş, əxlaqi-didaktik, fəlsəfi fikirlərlə zəngin olan bu kitabın tezliklə Gürcüstanda Azərbaycan türkcəsində də nəşrinin vacibliyini vurğulamışdır. O, həmçinin kitabın çap olunmasında öz dəstəyini əsirgəməyən Türkiyənin “Yenirəng yayıncılıq” nəşriyyatının baş direktoruna və əməyi keçən əməkdaşlarına öz təşəkkürünü ifadə etmişdir.
Tədbir zamanı müxtəlif bölgələrdən gələn ziyalılar, söz adamları, müəllimlər bir-birindən maraqlı çıxışlar etmiş, müəllifə öz ürək sözlərini çatdırmışlar. Tanınmış şair Rövşən Nəsiboğlu, Qaratəhlə kənd ictimai məktəbinin direktoru Bəhram İsayev, həmin məktəbn dərs hissə müdiri Ramiz Mustafayev və müəllimi Yusif Hüseynov, “Təhsil” qəzetinin redaktoru Abay Paşayev, veteran müəllim Suddarxan Kazımov, Qardabani şəhər 3 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, pedaqoq-yazar Sevda Şahverdiyeva, Rustavi şəhər 18 saylı məktəbin müəllimləri Nurlana Əliyeva və Alidə Kazımova, Mərkəzin müəllimi Tsira Londaridze, Qardabani Mədəniyyət evinin əməkdaşı Xalidə Qəribova, Haley Həsənov, Namiq Hüseynov, Kəmalə Kazımova və başqaları söz almış, həyatın müxtəlif məqamlarını xüsusi anlamla təsvir edən kitabın tərbiyəvi əhəmiyyətindən söz açmışlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual