Məmməd İsmayıl saz sədaları altında torpağa tapşırılıb -VİDEO

Tanınmış şair, professor Məmməd İsmayıl doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində vida mərasimi keçirilib.
Sherg.az xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, bölgə ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məmməd İsmayılın vəsiyyətinə əsasən, o, doğma kəndində torpağa tapşırılacaq.
Xatırladaq ki, 86 yaşlı şair bir neçə gün əvvəl səhhətində yaranmış problemlər səbəbilə “Bona Dea” hospitalına yerləşdirilmişdi.
O, 2025-ci il avqustun 19-da vəfat edib.