
Azərbaycan artıq BQXK-nın qanunsuz fəaliyyətinə göz yuma bilməz- Politoloq
Yusif Nəzərli
12:57 12.04.2024
Gündəm
426
Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərə dost dövlətlərin sifarişlərini yerinə yetirir. Həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində azərbaycanlı əsir və girovlara lazımi dəstəyi verməyib. Bunun əksinə olaraq ermənilərə isə hər zaman isti münasibət bəsləyib.çBQXK -nin erməni sevgisi bu gün də davam edir.
Qeyd edək ki, BQXK həm Qarabağda Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazidə, həm də Birinci Qarabağ müharibəsi zamanı öldürülən, artıq Azərbaycanın öz suverenliyini bərpa elədiyi ərazilərdə soydaşlarımızın kütləvi məzarlıqlarının dəqiq koordinatlarına malikdir. Amma bu məlumatı ölkəmizin hakimiyyət orqanlarına çatdırmağa tələsmir, həmin yerlərdə ekspertiza keçirməkdən imtina edir. İtkin düşmüş 4 min nəfər azərbaycanlıdan bəzilərinin taleyinin aydınlaşdırılmasına da mane olur. Onların qatillərini himayə edir. Bu səbəbə Azərbaycan qərargahı Haaqada yerləşən digər beynəlxalq humanitar təşkilata - ICMP-yə (InternationalCommission on Missing Persons - İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya) müraciət etmək məcburiyyətində qalıb. Lakin bu da "Qırmızı Xaç"da qısqanclıq yaradıb. Onlar bu komissiya ilə də məlumat paylaşmaqdan imtina ediblər, onun maliyyə kanallarını bağlamağa və ICMP əməkdaşlarının Qarabağa gəlməsinin qarşısını almağa çalışıblar.

Bu barədə "Sherg.az"a danışan politoloq Qabil Hüseynli isə deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi son zamanlar qlobal səviyyədə humanitar təşkilatların siyasi proseslərdə alət olması tendensiyasını yaşayır: “BQXK bu utancverici tendensiyanı Afrikada da, yaxın Şərqdə də, Mərkəzi Asiyanın qaynar ocaqlarında da yaşayır. 1-ci Qarabağ müharibəsi zamanı və bu müharibənin nəticələrinə münasibətdə, eləcə də İkinci Qarabağ müharibəsində Ermənistanın müharibə cinayətlərinə susqun münasibət sərgiləməsi ilə yaşayıb".
Politoloqun sözlərinə görə, Azərbaycan artıq BQXK-nın qanunsuz fəaliyyətinə göz yuma bilməz. Onların Azərbaycan ərazisində fəaliyyəti Azərbaycanın rəsmi razılığı ilə həyata keçirilməlidir:
"Nədənsə, dünyanın müxtəlif ölkələrində humanitar fəaliyyət həyata keçirən qurum Azərbaycana münasibətdə sanki "casus missiyası"ndadır. Qeyd edim ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) keçmiş Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 1992-ci ildən regionda fəaliyyət göstərir. Rəsmi təlimata görə, təşkilat Bakıda və İrəvanda nümayəndəliklər vasitəsilə Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhəd boyu yaşayan icmalara dəstək göstərir. Komitə həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi üçün fəaliyyət göstərir, onların ailələrinin məhbusları ziyarət etməsinə kömək göstərir və azad edilmiş şəxslərin köçürülməsi və qaytarılmasını asanlaşdırmaq üçün neytral vasitəçi kimi çıxış edir.
Lakin son 30 ildə onların fəaliyyətinə nəzər saldıqda heç də missiyalarını tam və ədalətli şəkildə həyata keçirmədikləri bəlli olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya