JPost: HAMAS girovlarla bağlı mövqeyini yumşaltmır
Yusif Nəzərli
05:13 20.03.2025
Dünya
380
HAMAS Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanmasına baxmayaraq, girovlarla bağlı mövqeyini yumşaltmır.
APA xəbər verir ki, "The Jerusalem Post" qəzetinin məlumatına görə, İsrailin mədəniyyət naziri Miki Zoar, ölkəsinin iki mümkün həll yolu üzərində düşündüyünü bildirib:
Ya girovların qaytarılması və HAMAS-ın silahsızlaşdırılması: HAMAS-ın tamamilə Qəzzadan çıxarılması və girovların geri qaytarılması.
Ya da, Qəzzanın tam işğalı: Anklavın tamamilə işğalı və İsrailin nəzarəti altına alınması.
Zoar bütün nazirlər arasında hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı konsensus olduğunu vurğulayıb.
18 martda İsrail Müdafiə Ordusu, HAMAS-ın Qəzzadakı obyektlərinə genişmiqyaslı hava zərbələri endirib. Baş nazir Benyamin Netanyahunun ofisi, bu hücumların, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və vasitəçilər tərəfindən aparılan danışıqlarda irəli sürülən təklifləri HƏMAS-ın rədd etməsi səbəbindən həyata keçirildiyini bildirib. Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, bu eskalasiya nəticəsində 436 nəfər həlak olub, 678 nəfər isə yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi