Rusiya Zəngəzur dəhlizinə qarşı deyil, amma... - TƏHLİL
08:37 07.08.2025
Gündəm
359
Sadəcə olaraq ABŞ şirkətinin bölgəyə gətirilməsi Kremldə qıcıq doğurur
Zaur Məmmədov: “Azərbaycan isə bölgədə üçüncü tərəf istəmir”
"Zəngəzur dəhlizinin təhvil verilməsi Vaşinqtonda baş tutacaq". Bunu erməni politoloq Qagik Ambaryan deyib. Ekspert bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Donald Trampla görüş üçün Vaşinqtona səfər edəcək: "Tramp Vaşinqtonda onu hansısa sənədi imzalamağa məcbur edəcək, amma ən əsası odur ki, Zəngəzur dəhlizi" təhvil veriləcək". Politoloq əlavə edib ki, bundan sonra dəhlizə nəzarət Azərbaycan və Türkiyəyə keçəcək: "Qərb, xüsusən ABŞ və Fransa bunda maraqlıdır".
Qeyd edək ki, Ermənistan prezidenti bildirib ki, Sünik vasitəsilə kommunikasiyaların açılması Ermənistanın inkişafına böyük imkanlar verəcək. Görünür, İrəvan hökuməti anlayır ki, Zəngəzur dəhlizinin açılması hazırda Ermənistanın inkişafı üçün yeganə çıxış yoludur. Kommunikasiyaların blokdan çıxması, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın dirçəlməsi, regional və qlobal layihələrə qoşulması deməkdir. Eyni günlərdə Türkiyə rəsmiləri də Zəngəzur dəhlizinin açılması şərti ilə bağlı açıqlamalar veriblər. Sadəcə ortada Rusiya və İran məsələsi var. Baş nazir Nikol Paşinyanın da Altay səfərindən sonra Vaaqn Xaçaturyanı önə çıxarması onun planından xəbər verir. Ehtimal etmək olar ki, istədiklərini Moskva və Tehranın qorxusundan özü birbaşa demir, bu işdə prezidentdən istifadə edir. Nə qədər də Kreml rəsmi açıqlamalarda Zəngəzur dəhlizinin iki ölkə arasında məsələ olduğunu bildirsə də, son günlər cərəyan edən hadisələr Rusiyanın da ciddi planları olduğundan xəbər verir.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Sherg.az-a deyib ki, əslində, Rusiya Zəngəzur dəhlizinin açılmasına qarşı deyil. Ekspert vurğulayıb ki, 2020-ci il 10 noyabr bəyanatında yer alan bu məsələnin altında Rusiyanın da imzası var:
"Ancaq Ermənistan Rusiyanın dəhlizə nəzarətinə qarşı çıxdığından, onun yerinə ABŞ şirkətini gətirdiyindən proses artıq Kremldə qıcıq doğurur. Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, üçüncü tərəf nə ölkə, nə də şirkət qismində bölgədə olmayacaq. Paşinyan Ermənistan ərazisindən keçəcək dəmiryol xəttini adını "biznes məqsədləri üçün istifadə" qoyaraq ABŞ şirkətinə həvalə edə bilər. Nəzərə alaq ki, dəhlizdən sadəcə dəmiryol xətti keçməyəcək, yəni nəqliyyatla yanaşı, digər kommunikasiyalar üçün də istifadə olunacaq. Bu da ABŞ-nin sadəcə iqtisadi deyil, həm də siyasi rıçaqlarının bölgədə artması deməkdir. Məsələ ondadır ki, Rusiya və İran bu məsələdə gecikdi. 30 il ərzində Rusiya və İrana dedik ki, Azərbaycan Qarabağın işğalı ilə razılaşmayacaq, gəlin, bu problemi həll edək. Ancaq Moskva və Tehran buna yaxın durmadı, tam əksinə, işğalçı tərəfi sonadək dəstəklədi. Yanımızda olanlar Cənubi Qafqazda dividendlər qazandı".
Siyasi şərhçi bildirib ki, Zəngəzur dəhlizinin açılmasının əks olunduğu 10 noyabr bəyannaməsindən 5 il ötüb:
"Ancaq bu illər ərzində Rusiya tərəfi dəhlizin reallaşması üçün heç bir əməli addım atmayıb. Təbii olaraq, bu boşluğu qeyri-regional ölkələr doldurmaq istəyiblər. Bu da əslində, İrəvan-Moskva arasında olan bir problemdir. Yaxşı olar ki, bu problemə Azərbaycanı daxil etməsinlər. Bakı dəhlizin açılmasında maraqlıdır. Amma Qərbi Zəngəzur bölgəsindən keçəcək dəhlizin hansı şirkətin nəzarətinə veriləcəyi İrəvanın məsuliyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putindən Rusiyanın İrana dəstəyi ilə bağlı soruşacağam
10:09 28.07.2026
Gündəm
Mexikonun mərkəzində atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb
09:47 28.07.2026
Hadisə
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət