Parlamentari: 20 sentyabr mənəvi ədalətin bərpa olunduğu gündür
08:20 18.09.2025
Tarix
801
20 sentyabr, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əhəmiyyətli bir dönüş nöqtəsidir
"2020-ci ilin Vətən Müharibəsindən sonra Azərbaycanın Qarabağ üzərindəki nəzarəti böyük ölçüdə bərpa olunsa da, bölgənin mərkəzi hissəsində – Xankəndi və ətraf ərazilərdə hələ də qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Bu vəziyyət həm ölkənin suverenliyinə, həm də regional təhlükəsizliyə ciddi təhdid yaradırdı".
Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın müstəqillik tarixində 20 Sentyabr 2023-cü il xüsusi bir yer tutur:
"Məhz bu tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpası istiqamətində sonuncu mərhələ baş tutdu. Uzun illər işğal və separatçılıq altında olan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində dövlət suverenliyi tam şəkildə təmin olundu. 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələri tərksilah edilərək, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın tam nəzarətinə keçdi. Bu şəhərlərin hər biri Azərbaycanın yaxın tarixində mühüm və ağrılı hadisələrlə yadda qalıb. Xüsusilə Xocalı – 1992-ci ildə baş vermiş Xocalı soyqırımı ilə xalqımızın yaddaşına əbədi həkk olunub. Məhz bu gün bu şəhərlərin yenidən Azərbaycan dövlətinin nəzarətinə qovuşması təkcə siyasi deyil, həm də mənəvi ədalətin bərpasıdır. 20 sentyabr, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əhəmiyyətli bir dönüş nöqtəsidir. Həmin gün Qarabağda separatçı rejim süquta uğradı, 30 ilə yaxın davam edən münaqişəyə faktiki olaraq son qoyuldu və Azərbaycanın konstitusion quruluşu bu bölgələrdə bərpa olundu".
Deputat əlavə edib ki, 2023-cü il 20 sentyabr tarixi simvolik olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycana tam qovuşma günü kimi yadda qalır:
"Bu ərazilərdə artıq dövlət orqanları fəaliyyətə başlayır, bərpa və yenidənqurma işləri sürətlə aparılır. Məqsəd, bu torpaqlarda dayanıqlı sülh, təhlükəsizlik və inkişafı təmin etməkdir. Həmçinin şəhərlərin tarixi siması və mədəni irsi qorunmaqla yenidən canlandırılır. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması olduqca əlamətdar bir gün kimi tarixə düşmüşdür.
Məhz bu tarixi günlə əlaqədar Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir".
Oxşar xəbərlər
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
00:41 28.10.2026
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət