TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək
09:42 18.09.2025
Siyasət
357
Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatınna sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, “Regional sülh və təhlükəsizlik” şüarı altında sammit olacaq.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.
“Keçiriləcək Sammit “Regional sülh və təhlükəsizlik” şüarı altında baş tutacaq. Bu, təsadüfi deyil, çünki bölgəmizin sabitliyi və təhlükəsizliyi bütün əməkdaşlıq təşəbbüslərimizin təməlini təşkil edir.
Qlobal və regional proseslərin gərginləşdiyi bir zamanda Türk Dövlətləri Təşkilatının vahid mövqedən çıxış etməsi, ortaq səylər göstərməsi xüsusi əhəmiyyət daşıyır. Birgə addımlarımız regionumuzda sülhün möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə və xalqlarımızın rifahına xidmət edəcək”, - deyə Baş nazir qeyd edib.
Əli Əsədov sədrlik dövründə uğurlu fəaliyyətinə Qırğızıstana minnətdarlığımı bildirib: “Qırğızıstanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər əməkdaşlığımızı möhkəmləndirib, qarşıdakı fəaliyyətimiz üçün möhkəm zəmin yaradıb. Xüsusilə bugünkü formatda görüşün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə Qırğızıstan Nazirlər Kabinetinin sədri cənab Adılbek Kasımaliyevə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycanın sədrlik dönəmi də təşkilatımızın daha da möhkəmlənməsinə, əməkdaşlığımızın dərinləşməsinə və yeni uğurlar qazanmasına xidmət edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət