BBC-nin Azərbaycan Nümayəndəliyinin ölkədə fəaliyyəti qeyri-qanunidir
17:17 29.10.2025
Media
502
Azərbaycanda fəaliyyəti dayandırılmış BBC-nin keçmiş nümayəndəliyinin əməkdaşlarının ölkə ərazisində yenə də jurnalist fəaliyyətini davam etdirməsi, hətta müxtəlif qurumlara sorğular ünvanlaması, araşdırmalar aparması barədə məlumatlar var.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Media haqqında” Qanuna görə Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda açılır.
"Əgər hər hansı xarici media subyektinin nümayəndəliyi belə müqavilə olmadan media fəaliyyəti həyata keçirərsə, bu hal həmin nümayəndəliyin ləğvi üçün əsas təşkil edir.
Eyni zamanda, xarici media nümayəndələri Azərbaycan Respublikasında fəaliyyət göstərə bilmək üçün müvafiq orqanda akkreditasiyadan keçməlidirlər.
BBC nümayəndəliyinin fəaliyyətinə münasibətdə qeyd etməliyik ki, həmin subyektin Azərbaycanda fəaliyyət göstərməsini nəzərdə tutan hər hansı beynəlxalq müqavilə mövcud olmadığından aidiyyəti orqanlar tərəfindən nümayəndəlik ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış, həmçinin onun əməkdaşlarının akkreditasiyası ləğv olunmuşdur. Bu isə o deməkdir ki, hazırda BBC nümayəndəliyinin Azərbaycanda fəaliyyətinin heç bir hüquqi əsası mövcud deyil, nəticə etibarı ilə, milli qanunvericiliyə əsasən müvafiq nümayəndəlik media subyekti hesab edilmədiyindən və onun əməkdaşlarının akkreditasiyası mövcud olmadığından həmin şəxslər tərəfindən bu sahədə fəaliyyət göstərilməsi ciddi hüquq pozuntusu olmaqla, bu fəaliyyətin yönəldiyi fiziki və hüquqi şəxslər, qurumlar üçün hər hansı öhdəlik yaratmır, əksinə həmin strukturlara qanunsuz fəaliyyətin dayandırılmasını tələb etmək hüququ verir" agentliyin cavabında qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi