
Professor: Neft dövrü bitir, indi əsas sərvət insan kapitalıdır
17:02 03.11.2025
Elm və Təhsil
557
Prezidentin çıxışı iqtisadi transformasiyanın yeni mərhələsini müəyyənləşdirdi
Elşən Bağırzadə: “Azərbaycan iqtisadiyyatı bilik və texnologiya əsasında formalaşmalıdır”
Süni intellekt Azərbaycanın yeni iqtisadi reallığının əsas sütunlarından olacaq
İqtisadiyyatın gələcəyi elm, təhsil və innovasiyadadır
Resursları xərcləmək yox, elmə və texnologiyaya yönəltmək lazımdır
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Prezidentin bu tədbirdəki çıxışı Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı strateji baxışın əsas konturlarını müəyyənləşdirdi. Qlobal iqtisadi trendlər, xüsusilə də enerji bazarlarında baş verən dəyişikliklər fonunda bu çıxış təkcə növbəti proqram xarakterli bəyanat deyil, həm də yeni inkişaf mərhələsinin ifadəsidir. Burada əsas ideya ondan ibarətdir ki, Azərbaycanın gələcək rifahı və davamlı inkişafı təkcə təbii resurslara deyil, insan kapitalına, elmə, təhsilə və innovasiyaya əsaslanmalıdır.
Bu yanaşma göstərir ki, ölkə artıq neft gəlirlərinə əsaslanan iqtisadi modeldən bilik və texnologiya yönümlü iqtisadi sistemə keçid mərhələsindədir. Məhz bu transformasiya Azərbaycanın uzunmüddətli rəqabətqabiliyyətini, iqtisadi müstəqilliyini və regional liderlik mövqeyini təmin edəcək.
İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri və Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Elşən Bağırzadə Sherg.az-a açıqlamasında Prezidentin son çıxışında səsləndirdiyi fikirlərin Azərbaycanın gələcək inkişaf yolunu aydın şəkildə ortaya qoyduğunu söyləyib:

"Burada əsas mesaj ondan ibarətdir ki, təbii sərvətlər nə qədər bol olsa da, bir gün tükənəcək. Biz bunu neft nümunəsində də görməkdəyik. Amma insan ağlı, yaradıcılığı və elmi potensialı tükənməzdir. İqtisadiyyatın gələcəyi artıq neft və qaz kimi resurslara deyil, bilik, texnologiya və insan kapitalına söykənməlidir. İqtisadçı kimi mən bunu ölkənin iqtisadi inkişaf modelində zəruri keyfiyyət dəyişikliyi kimi dəyərləndirirəm. Biz resurslardan əldə etdiyimiz gəliri sadəcə xərcləməməli, onu elmə, təhsilə, tədqiqata və innovasiyaya yönəltməliyik. Yalnız bu halda iqtisadi inkişaf dayanıqlı ola bilər. Süni intellekt məsələsinin vurğulanması da təsadüfi deyil. Bu, artıq dünyanın yeni iqtisadi reallığıdır. Süni intellekt məhsuldarlığı artırır, idarəetməni səmərələşdirir, istehsal xərclərini azaldır və qərarverməni daha dəqiq edir. Qısası, süni intellekt iqtisadiyyatın strukturunu dəyişdirir. Ona görə də alimlərimiz bu proseslərdən kənarda qala bilməz.
Elm təkcə nəzəri müstəvidə deyil, həm də iqtisadiyyatla, real həyatla əlaqədə inkişaf etməlidir".
Professor bildirib ki, alimlərimiz süni intellekt, data analitikası və rəqəmsal texnologiyalarla bağlı tədqiqatları genişləndirməli, bu bilikləri kənd təsərrüfatı, sənaye, təhsil və dövlət idarəçiliyi kimi sahələrdə tətbiq etməyi hədəfləməlidirlər:
"İndi bizim üçün əsas məsələ, qeyd etdiyim hədəflərə götürəcək elm, təhsil və innovasiya ekosistemini formalaşdıra bilməkdir. Başqa sözlə, əgər elmimiz cəmiyyətin inkişafına, iqtisadi qərarların keyfiyyətinə və texnoloji tərəqqimizə birbaşa təsir göstərə bilirsə, demək ki biz doğru yoldayıq. Əgər belə deyilsə, deməli görüləcək çox işimiz var. İqtisadi reallıq isə bizim hamımızı bu yöndə düşünməyə sövq edir. "Təbii resurslarla inkişaf imkanları məhdudlaşır, gələcək iqtisadi inkişafımızı hansı mənbələr hesabına təmin edəcəyik?",-deyə sual yarana bilər. Heç şübhəsiz ki, ilk ağıla gələn tükənməz sərvət olan insan kapitalıdır, elmdir, təhsildir, innovasiyadır. Eləcə də Azərbaycan insanının yaradıcılıq potensialıdır. Cəmiyyət olaraq bu istiqamətlərə nə qədər çox səmərəli investisiyalar qoysaq, gələcək inkişafımızı da bir o qədər təminat altına almış olarıq".
Baniçiçək Kalbalıyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə