Meteoroloqdan şok iddia: Yağıntıların arxasında müharibənin təsiri var

“Bir rneçə gün davam edən intensiv yağıntılara hərbi münaqişələrin təsiri var. Hava axınlarına enerji zərbələrinin endirilməsi nəticədə bu vəziyyəti yaratdı”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Lənkəran Dövlət Universitetinin baş müəllimi, meteoroloq Cavidan Əliyev bildirib. Onun sözlərinə görə, günlərdir davam edən yağıntılı hava şəraiti qlobal istiləşmənin nəticəsidir. Meteoroloq qeyd edib ki, ölkə ərazisinə rekord həddə yağıntı düşüb: 

- Eyni zamanda, böyük ehtimalla Yaxın Şərq regionunda, Körfəz ölkələrində davam edən hərbi münaqişələrin də mənfi təsiri vardır. Belə ki hava axınlarına zərbələr endirilməsi güclü yağıntılara şərait yaradıb. Havaya buraxılan nəhəng miqdarda zəhərli maddələr isə o deməkdir ki, BMT-nin İqlim dəyişmələri üzrə Paris anlaşması da əhəmiyyətini itirdi artıq.