
Makron özünü "yeni Napoleon" zənn edir: Səhv siyasət Fransa xalqına baha başa gələcək
11:45 08.01.2025
Siyasət
584
Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir.
Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
"Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb", - Prezident İlham Əliyev söyləyib.
Milli Məclisin deputatı Asim Mollazadə "Sherg.az"a bildirib ki, Fransa siyasətçiləri və mediası Azərbaycanla bağlı yalan və böhtan kompaniyası istiqamətində çox fəaldır:

"Fransa və Ermənistanın yalan və iftira yaymasından əlavə erməni diasporu istəyir ki, yeni faciə olsun. Çünki Fransa öz vəsaitlərini və fondlarını erməni lobbisinin əli ilə toplayıb. Həmçinin genosid müsibətlərini davam etdirmək üçün Ermənistanda yaşayan erməniləri hansısa formada yeni bir müsibətə təhrik etmək istəyirlər. Bunun üçün Fransa höküməti Ermənistanı silahlandırır. Lakin bunun heç bir əhəmiyyəti yoxdur. Makron yaxşı olardı ki, ölkə daxilindəki çox ciddi sosial-iqtisadi böhran və vətəndaşların etirazları ilə məşğul olsun. Artıq Fransanın əksər müstəmləkələri əlindən çıxır. Bununla yanaşı, Afrika ölkələrində öz nüfuzunu itirib və əlaqələr pozulub. Hətta Fransanı Sakit okean və Karib dənizində olan adalardan da qovmaq istəyirlər".
Deputat əlavə edib ki, özünü "yeni Napoleon" zənn edən Makron Ermənistanı yeni bir müstəmləkə kimi istifadə etmək niyyətindədir:
"Erməni diasporu və Fransa siyasətçiləri vəhdət təşkil edir. Bu siyasət isə bizim bölgədə sabitliyi poza bilər. Buna görə də Makron öz məsuliyyətini anlamalı və pozğunçuluq siyasətinə son qoymalıdır. Digər tərəfdən Fransa əhalisinin bir hissəsi artıq Makronun istefasını və yeni parlament seçkilərini tələb edirlər. Bu prosesdə də diqqətləri başqa yerə cəlb etmək üçün Fransa Prezidenti Cənubi Qafqazı və Ermənistanı hədəf kimi seçib. Bütün bunlarla yanaşı, Azərbaycan nüfuzlu ölkədir. Üstəlik, Avropa İttifaqında bir sıra ölkələrlə ciddi strateji əməkdaşlıq edir. Ölkəmizin Avropa ilə enerji təhlükəsizliyində böyük rolu var. Fransa isə bır sıra Avropa ölkələrini şantaj edir və Azərbaycana qarşı onların siyasətini dəyişdirməyə çalışır. Bu cür səhv siyasət isə Fransa xalqına baha başa gələcək".
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
22:28 13.11.2026
"Euronews"da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
21:33 13.11.2026
Xəbər lenti
Hamısına bax
Sumqayıtda "Azərboru" zavodunda bıçaqlanma oldu
22:10 13.11.2026
Hadisə
Rusiya Qara dənizdə yük gəmisini vurdu
21:42 13.11.2026
Gündəm
Bakıda avtomobil piyadanın həyatına son qoydu
21:17 13.11.2026
Hadisə
Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası
21:08 13.11.2026
Cəmiyyət
Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır
20:44 13.11.2026
Dünya
Quterreşdən XƏBƏRDARLIQ: “Yanan planetdə sülh qurmaq mümkün deyil”
20:43 13.11.2026
Gündəm
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
20:28 13.11.2026
Dünya
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
20:21 13.11.2026
Tarix
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə