
Psixoloq: “Uşaqlara yaşına uyğun rəqs və fəaliyyətlər öyrədilməlidir”
11:39 19.08.2025
Sosial
338
“Erkən seksualizasiya uşaqlarda kimlik böhranına gətirə bilər”
Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurub.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı müraciətdə bildirilir.
Qeyd edilir ki, xüsusilə, azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bildiririk ki, bu kimi halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır.
Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir.
Uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, "trendlər" və vizual təsirlər uşaqlar üçün ciddi risk faktoru yaradır".
Psixoloq Zeynəb Əyyubova “Sherg.az”a bildirdi ki, uşaqların böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi onların psixoseksual inkişafına mənfi təsir göstərir:

“Bu cür hallar uşaqlarda erkən seksualizasiyaya, özünü yaşına uyğun olmayan formada təqdim etməyə gətirib çıxara bilər. Hətta uşağın beynində dəyərli olmaq bədəni nümayiş etdirmək kimi yanlış assosiasiyalar formalaşması ehtimalı var.
Sosial şəbəkədə yayılan videolar nəticəsində uşaqlar obyektləşdirilir və onların uşaq təmizliyi kölgədə qalır.
Uşağın bəyənilmək və diqqət qazanmaq üçün yalnız bu tip davranışların lazım olduğunu düşünməsi mümkündür. Sonrakı illərdə özünəinam problemləri, kimlik böhranı və hətta emosional travmalar müşahidə oluna bilər.
Bu tip görüntülər uşaqları potensial istismar riski ilə üz-üzə qoyur. Sosial mediada paylaşım onların şəxsiyyət hüquqlarını pozur və gələcəkdə “rəqəmsal iz” kimi uzunmüddətli mənfi təsirlər buraxa bilər.
Uşaqların yaşına uyğun olmayan davranışlara təşviq olunması həm mədəni dəyərlərə ziddir, həm də hüquqi baxımdan problem yarada bilər. Rəqs əslində uşaqlar üçün yaradıcılıq, motor bacarıqların inkişafı, emosiyaların ifadəsi üçün çox faydalı bir incəsənət formasıdır. Ancaq uşaqlara öyrədilən rəqs forması onların yaşına, psixoloji və emosional inkişaf səviyyəsinə uyğun olmalıdır. Əgər rəqs böyüklərə məxsus jest və davranışlarla təqdim olunursa, bu artıq incəsənət deyil, yanlış yönləndirmədir və uşağın sağlam inkişafına təhlükə yaradır. Valideynlər uşaqlarını sosial şəbəkələrdə nümayiş etdirməzdən öncə bunun uzunmüddətli nəticələrini düşünməlidirlər. Uşaqlara incəsənəti sevdirərkən onların yaşına uyğun rəqs növləri milli rəqslər, uşaq xoreoqrafiyası, ritm oyunları təşviq edilməlidir. Uşaqların şəxsiyyət hüquqlarının qorunması valideynlərin və cəmiyyətin birbaşa məsuliyyətidir. Rəqs uşaqlar üçün yaradıcılıq və inkişaf vasitəsidir. Amma yanlış istiqamətləndirildikdə onların psixoloji təhlükəsizliyinə ciddi zərər vurur. Hər bir valideynin və müəllimin borcu uşaqları sevdikləri fəaliyyətlərdə dəstəkləmək, lakin bunu onların yaşına, inkişafına və təhlükəsizliyinə uyğun şəkildə təşkil etməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya