
Pezeşkianın səfəri İranın Ermənistanla bağlı narahatlıqlarının aradan qaldırılmasına yönəlib -Politoloq
13:48 19.08.2025
Region
593
Pezeşkiyanın İrana səfəri regional dinamikanın dəyişdiyi bir dövrdə mühüm diplomatik addım kimi diqqət çəkir. Bu səfər İran və Ermənistan arasındakı əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə qarşılıqlı maraqların qorunması baxımından strateji əhəmiyyətə malikdir. Həmçinin bölgədə baş verən proseslər fonunda iki tərəfin qarşılıqlı mövqelərini müzakirə etməsi və potensial riskləri qiymətləndirməsi mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Sherg.az-a açıqlama verib:

"Pezeşkiyanın səfəri əvvəlcədən planlaşdırılmışdı və onun baş tutacağı gözlənilirdi. Vaşinqton görüşündən sonra İran bu prosesi sürətləndirməyə çalışdı. Çünki İran istəmir ki, regionda proseslərin tam fəaliyyəti təmin olunsun. Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik. Pezeşkiyanın səfəri əsasən ABŞ-dəki vəziyyəti və proseslərin gedişatını yerində öyrənmək məqsədi daşıyırdı. Eyni zamanda, açılması planlaşdırılan “Tramp sülh və rifah yolu”nun İran-Ermənistan əlaqələrinə müsbət və ya mənfi təsirlərinin qiymətləndirilməsi üçün bu səfər təşkil olunub".
Politoloq İranın Ermənistanı itirmək istəmədiyini və bu səbəbdən də bütün diqqətini bu səfərə yönəltdiyini söyləyib:
"Səfərin əsas məqsədi Ermənistanın maraqlarının nə olduğunu, İranla münasibətlərin necə qurulacağını və Tehranın mövqeyinin təhlükə altına düşüb-düşməyəcəyini müəyyənləşdirməkdir. Pezeşkiyanın səfərində bu məqamlar ön plana çıxır. O, Ermənistan-Azərbaycan münasibətlərindən daha çox, Azərbaycan-İran əlaqələrinə xüsusi diqqət yetirir.
Ancaq nəzərə almaq lazımdır ki, bütün dövlətlər ilk növbədə öz maraqlarını güdür. Bu səfər, əslində, İranın Ermənistanla bağlı narahatlıqlarının aradan qaldırılmasına yönəlib. Körpülərin açılması kimi texniki məsələlər isə ikinci və ya üçüncü dərəcəli məsələ kimi qiymətləndirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi