Kosmosda internet savaşı: Rusiya Maska meydan oxuyacaq
12:07 17.09.2025
Son dəqiqə
1320
Rusiya lideri Vladimir Putin (ortada) və "Roscosmos"un rəhbəri Bakanov (sağda)
Rusiyanın kosmik proqramının rəhbəri Dmitri Bakanov bildirib ki, Rusiya Elon Maskın peyk internet xidməti Starlinkə rəqib olacaq bir xidmət təqdim etməyə başlayacaq.
Sherg.az xəbər verir ki, Starlink 8 mindən çox peyklə dünyanın ən böyük peyk dəstəsini idarə etdiyini bildirir və rus rəsmilər Maskın kosmik aparatların buraxılışında inqilab yaratdığını, bunun əvəzini isə Rusiyanın ödədiyini deyirlər.
Rusiyanın Roscosmos kosmik agentliyinin 39 yaşlı yeni rəhbəri rus teleaparıcı Vladimir Solovyovla müsahibəsində agentliyin “ətalətdən” uzaqlaşmalı və daha çox gənc istedad cəlb etməli olduğunu vurğulayıb.
O deyib ki, Rusiya Maskın SpaceX şirkəti tərəfindən idarə olunan, alçaq orbitli peyklər konstellasiyası vasitəsilə internet xidmətləri göstərən və uzaq bölgələrdə, həmçinin münaqişə zonalarında geniş istifadə olunan Starlinkə alternativ bir sistem yaratmaq yolunda irəliləyir.
Starlink Ukrayna qüvvələri tərəfindən Rusiya ilə müharibədə intensiv şəkildə istifadə olunur.
Bakanov: “Orbitdəki bir neçə sınaq aparatı artıq incələndi və istehsal vasitələri buna uyğun dəyişdirildi. Bu istiqamətdə də sürətlə irəliləyirik,” -deyə bildirib.
"Bureau 1440" kimi tanınan bir rus aerokosmik şirkəti qlobal genişzolaqlı data ötürülməsi üçün alçaq orbitli peyk sistemi inkişaf etdirir.
Bakanov Rusiyanın səhvlərindən dərs aldığını deyib. Bunlara 2002-ci ildə Maskın Moskvada bir layihə alma cəhdinin rədd edilməsi də daxildir.
"Ashlee Vance"in 2015-ci ildə nəşr olunan Mask bioqrafiyasına görə, ruslar 2002-ci ildə Maska sanki etibarlı biri deyilmiş kimi yanaşdılar və bu da Maskı Rusiyanın kosmik buraxılış xərclərini azaltmağın yolunu tapmağa sövq etdi.
Sovet İttifaqı kosmik yarışın ilk illərində, 1957-ci ildə Sputnik-1 adlı peyki Yer orbitinə göndərən ilk ölkə olaraq Qərbi qorxutmuşdu və ardından 1961-ci ildə sovet kosmonavtı Yuri Qaqarin kosmosa gedən ilk insan oldu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat