Milli Məclisin sədri Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri ilə görüşüb
15:09 19.09.2025
Siyasət
424
Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari Bin Abdul ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sherg.az-a verilən məlumata görə, Nümayəndələr Palatasının sədri Milli Məclisin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan parlament nümayəndə heyətinin AİPA-nın 46-cı Baş Assambleyasında iştirakına görə təşəkkürünü bildirib.
O, bu cür parlamentlərarası platformaların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsət olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı parlamentlərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığından məmnunluq ifadə olunub, xüsusilə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində birgə fəaliyyət üçün geniş imkanların olduğu qeyd edilib.
Azərbaycan və Malayziyanın qanunvericilik orqanlarının parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışan Sahibə Qafarova, bu baxımdan AİPA-nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan və Malayziya parlamentləri arasında əməkdaşlığın gələcək perspektivlərindən danışılıb, bu cür görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub.
Söhbət zamanı Milli Məclisin sədri Cənubi Qafqaz regionunda gedən proseslər, Azərbaycan torpaqlarının işğaldan azad olunması, hökumətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri haqda məlumat verib.
Spiker Sahibə Qafarova, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Vaşinqtona son işgüzar səfəri kontekstində Azərbaycan-Ermənistan sülh prosesi haqda fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi