Bu məktəbdə şagirdlər dərsdə oturmağa parta tapmır - VİDEO
07:33 20.09.2025
Elm və Təhsil
525
Şagirdlər çox, sinif otağı balaca... Oturmağa yer olmadığından bəzi şagirdlər dərsdə ayaq üstə qalıb...
Bakupost.az xəbər verir ki, görüntülər "Xəzər Xəbər"ə Şəmkir rayonunun Qaracəmirli kənd sakinləri tərəfindən göndərilib. Sakinlər deyirlər ki, yeni tədris ilindən 1 nömrəli məktəbdə aparılan sinif bölgüsü vəziyyəti bu həddə çatdırıb. Şagirdlərin sayı sinifdəki yerləri az qala 2 dəfə üstələyir.
Valideynlərin iddiasına görə, problemin yaranmasının digər səbəbi isə məktəbdə 2 növbəli tədris sisteminin ləğv edilməsidir.
Onlar deyirlər ki, yaranmış vəziyyətlə Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət ediblər, ancaq nəticəsi olmayıb. Sözügedən İdarədən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılır. Yekun qərar araşdırmanın nərticəsinə uyğun olaraq ictimaiyyətə təqdim ediləcək. Həmçinin qeyd edildi ki, şagirdlərin siniflərə yerləşdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təşkil edilir. Bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya otağın ölçüsü tədrisə imkan vermədikdə, ikinci paralel sinif təşkil edilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi