Kobaxidzedən sərt xəbərdarlıq: Böyük sürprizimiz olacaq
11:27 03.10.2025
Cənubi Qafqaz
335
Gürcüstan Baş naziri İrakli Kobaxidze müxalifət partiyalarını çox gec olmadan 4 oktyabrda hökuməti devirmək planından əl çəkməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, opponentlərini cinayət təqibi ilə hədələyib.
“Hər kəsə xəbərdarlıq edirəm: istənilən zorakılığa ən sərt hüquqi cavab veriləcək. Bütün siyasi partiyaları və digər birlikləri hələ vaxt varkən, məqsədi hökumətin zorakılıqla devrilməsi və ya konstitusiya quruluşunun dəyişdirilməsi olan proseslərdən uzaqlaşmağa çağırırıq”, - Kobaxidze bildirib.
Baş nazir xatırladıb ki, etirazçılar 2024-cü ildə nümayişlər zamanı zorakılığa görə iki ildən dörd il yarımadək həbs cəzası alıblar: “Amma bu dəfə zorakılıq baş verərsə, cəza daha sərt ola bilər”.
Kobaxidze həmçinin vurğulayıb ki, mitinq təşkilatçıları hakimiyyətə sürpriz vəd etsələr, onları daha böyük sürpriz gözləyir.
Oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. Müxalifət həmin gün hakimiyyəti dinc yolla devirmək məqsədi ilə kütləvi etiraz aksiyası təşkil etməyi planlaşdırır. Vahid Milli Hərəkat Partiyasının keçmiş rəhbəri Levan Xabeişvili və eyni partiyadan olan Tbilisi Şəhər Şurasının üzvü Zviad Kuprava daha əvvəl hökumətin devrilməsinə çağırışlara görə həbs edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə