İrəvandan Zəngəzur açıqlaması: Ruslar Mehridən çıxarılır?
14:28 04.10.2025
Cənubi Qafqaz
427
“Ümid edirik ki, TRIPP (“Tramp yolu və ya Zəngəzur dəhlizi) layihəsinin həyata keçirilməsi regional kommunikasiyaların təkcə bir hissədə deyil, həm də ümumi regional kommunikasiyaların blokdan çıxarılmasına töhfə verəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
“Söhbət təkcə Ermənistan, Azərbaycan və Cənubi Qafqazdan getmir. Bu gün ölkələr daha çox marşrutlar, alternativ əlaqələr axtarırlar. Bu, daha böyük layihənin, Orta dəhliz və Asiyanı Avropa və əksinə birləşdirməyi hədəfləyən digər layihələrin bir hissəsi ola bilər.
Ermənistanda həyata keçirilən istənilən kommunikasiya layihəsi Ermənistanın suverenliyi altında qalır. Bu, bizim üçün çox vacibdir. Digər texniki detalları müzakirə edəcəyik, kimin və necə işlədiyinə qərar verəcəyik”, - Badalyan qeyd edib.
Razılaşmaya əsasən, hazırda Rusiya əsgərləri Ermənistanın İranla cənub sərhədində patrul həyata keçirir. Sülh müqaviləsi bu əsgərlərin gedəcəyi anlamına gəlirmi?
Ani Badalyan suala belə cavab verib: “Bu, Rusiya ilə ikitərəfli müqavilə ilə tənzimlənir, ona görə də bu, bizim parafladığımız sülh sazişinə aid deyil”.
Bəs sülh sazişi sovet dövründə yaradılmış və əvvəllər Ermənistanın İranla cənub sərhədində işləyən dəmir yolunu (Mehri) bərpa edəcəkmi?
“Əlbəttə, ərazinin logistikasını öyrənirik. Bu, tranzit marşrut olacaq. Eşitdiyiniz mənada dəhliz deyil. Ermənistan Respublikasının suverenliyi altında olan marşrut”, - sözçüsü suala cavabını söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial