Ermənistan MSK: Gələn il parlament seçkiləri daha baha başa gələcək
14:24 29.10.2025
Cənubi Qafqaz
476
2026-cı ildə Ermənistanda parlament seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən təxminən 4,45 milyard dram (11,6 milyon dollar) ayrılacaq.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan parlament komissiyaları səviyyəsində 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi çərçivəsində deputatların suallarını cavablandırarkən bildirib.
MSK 2021-ci ildə növbədənkənar parlament seçkiləri üçün təxminən 2,8 milyard dram (təxminən 7,3 milyon dollar) alıb. Seçki məntəqələrində müşahidə kameralarına xidmət göstərilməsi üçün daha 1,1 milyard dram (təxminən 2,8 milyon dollar) dövlət büdcəsindən ödənilib. Lakin bu 1,1 milyardı nəzərə alsaq belə, 500 milyon dramdan bir qədər çox fərq qalır.
O izah edib ki, bu fərq məntəqə seçki komissiyalarının üzvlərinin və müşahidə kameralarına xidmət göstərən heyətin əmək haqlarının artması ilə şərtlənib.
Bundan əlavə, 2026-cı ilin payızında ölkənin 70 bələdiyyəsindən 46-da yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Onların təşkili üçün MSK-ya 2,5 milyard dramdan bir qədər çox (6,5 milyon dollar) vəsait ayrılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi