İspaniya millisinin sabiq üzvü Dani Quizanın yeni klubu məlum olub.
QOL.az xəbər verir ki, 45 yaşlı hücumçu karyerasını İspaniyanın 7-cil liqasında davam etdirəcək.
O, "Trebuxena" ilə anlaşıb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb. Təcrübəli forvardla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dani Quiza karyerası ərzində "Malyorka", "Xetafe", "Fənərbaxça", "Kadis" kimi klublarda çıxış edib. O, İspaniya yığmasının heyətində 21 rəsmi matça çıxıb və 6 qol vurub.