Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” Donetsk UEFA Konfrans Liqasında yarımfinala yüksəlib və bu nəticə ilə türk məşqçi tarixə düşüb.
1/4 finalın cavab oyununda “Şaxtyor” Hollandiya təmsilçisi AZ Alkmaar ilə 2:2 hesablı heç-heçə edib. İlk oyunda 3:0 qalib gələn Ukrayna klubu ümumi hesabda 5:2 üstünlük əldə edərək yarımfinala yüksəlib.
“Şaxtyor”un qollarını Alisson və Luca Meirelles vurub, "AZ Alkmaar" isə Jensen və Sin ilə cavab verib.
Bu nəticə ilə Arda Turan Konfrans Liqasının yarımfinalına çıxan ilk türk baş məşqçi kimi tarixə düşüb.
Yarımfinalda “Şaxtyor” İngiltərə klubu "Crystal Palace" ilə qarşılaşacaq.
Oyundan sonra Arda Turan bildirib ki, bu qələbəni Ukrayna xalqına həsr edir və komandasının taktiki baxımdan çox yaxşı oynadığını vurğulayıb.