"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq

"Arsenal"ın futbolçuları Bukayo Saka və Jurrien Timber zədə səbəbindən Çempionlar Liqasının 1/4 finalında "Sportinq"lə ilk oyunu buraxacaqlar.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu haqda London təmsilçisinin baş məşqçisi Mikel Arteta danışıb.

Mütəxəssis deyib:

“Saka və Timber bizimlə gəlmədilər. Hələ hazır deyillər. Ümid edirəm ki, hər şey yaxşı gedərsə, həftəsonuna qədər onlar hazır olacaqlar".

Qeyd edək ki, "Sportinq" - "Arsenal" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.