“Barselona” 2 futbolçusu ilə yollarını ayırdı

İspaniya təmsilçilərindən “Barselona” futbolçuları Alvaro Kortes və Toni Fernandeslə yolları ayırıb.

Teleqraf xəbər verir ki, bu haqda klubun mərbuat xidməti məlumat yayıb.

Kortes “Antverpen”ə, Fernandes isə “Venesia”ya keçib.

21 yaşlı Korteslə bağlı anlaşmaya əsasən, Kataloniya klubu onun gələcək satışından faiz əldə edəcək.

"Barselona" 18 yaşlı Toni Fernandesin geri almaq hüququnu və onun gələcək satışından faiz payını özündə saxlayıb. Mətbuatda bu transferin təxminən 4 milyon avroya başa gəldiyi bildirilib.

Kortes ötən mövsüm əsas komandada 1 oyun keçirib. O, 2025/2026 mövsümündə “Barselona B”nin heyətində 27 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Toni Fernandes isə ötən mövsüm La Liqada 1 görüşdə meydana çıxıb. O, “Barselona B”nin heyətində 24 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.