Liposaksiya, mammoplastika və rinoplastika Moskva sakinləri arasında ən çox müraciət edilən plastik cərrahiyyə əməliyyatlarıdır.
Sherg.az xəbər verir ki, bu barədə plastik cərrah Syuzanna Papuşina "KP.RU"-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, son 5-10 ildə ən çox tələb olunan əməliyyatların siyahısı dəyişməz qalsa da, estetik müdaxilələrə müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Həkim bunu plastik cərrahiyyə ilə bağlı reklam və məlumatların çoxalması, insanların əməliyyatların nəticələri barədə daha çox məlumat əldə etməsi ilə əlaqələndirib.
Papuşina qeyd edib ki, müraciətlərin əsas səbəbləri lokal piy yığıntılarının aradan qaldırılması, döşlərin forma və ölçüsünün dəyişdirilməsi, eləcə də burunun forma və funksiyalarının korreksiyasıdır.