“Barselona” “Nyukasl”ı 7:2 məğlub edərək 1/4 finala çıxıb

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

APA xəbər verir ki, günün açılış matçında “Barselona” öz meydanında “Nyukasl”ı sınağa çəkib. İspaniya təmsilçisi ingiltərəli rəqibini darmadağın edib - 7:2 (ilk oyun 1:1).

“Barselona” bu hesabla 1/4 finala vəsiqə qazanıb.

Digər üç qarşılaşma saat 00.00-da başlayacaq.