"Bavariya" UEFA klub reytinqində birinci pilləyə yüksəldi

"Bavariya" futbol klubu Çempionlar Liqasının 1/4 final mərhələsində "Real Madrid"i keçdikdən sonra son beş il ərzində ilk dəfə UEFA klub reytinqində madridliləri geridə qoyub.

Oxu.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti məlumat yayıb.

İndi Almaniya qrandı 146.5 xalla müvafiq reytinqə başçılıq edir. "Real Madrid" ikinci pillədə qərarlaşıb - 144.5. İlk üçlüyü "Liverpul" (130) tamamlayır.

Dördüncü və beşinci yerləri müvafiq olaraq, "İnter" və PSJ klubları tuturlar.